Çoxmənzilli binaların idarə edilməsində yaşanan problemlərə birdəfəlik son qoyulacaq.

Bunun üçün Mənzil Məcəlləsinə yeni maddələr əlavə edilir, binaların idarə edilməsində vahid qaydalar formalaşdırılır.

Milli Məclisin plenar iclasında qəbul edilən və yeni dəyişikliyə əsasən vahid qaydalar Nazirlər Kabinetinin göstərişi ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanacaq və özündə bir sıra yenilikləri ehtiva edəcək.

Həmçinin kommunal ödənişlərin məbləği vətəndaşların iştirakı ilə müəyyən ediləcək və mənzil sahibləri yığılan vəsaitlərin hara xərcləndiyinə nəzarət edə biləcəklər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hesab edir ki, Mənzil Məcəlləsinə vahid qaydaları özündə ehtiva edən yeni maddənin daxil edilməsindən sonra mənzil sahibləri ilə binanı tikən şirkət arasında yaşanan problemlərin əksər hissəsi həll olunacaq. O cümlədən, Mənzil Mülkiyyətçiləri Müştərək cəmiyyətlərinin sayı sürətlə artacaq.

Qeyd edək ki, ötən gün Milli Məclisin plenar iclasında qəbul edilən dəyişikliyə əsasən, əvvəllər yeni binalarda Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması üçün bütün evlərin satılması tələbi yumuşaldılaraq mənzillərin yarısı satıldığı halda cəmiyyətin yaradılmasına icazə verilib. O cümlədən, mənzil tikinti kooperativinin ləğv edilməsi və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi üçün tələb edilən müddət də 6 dəfə qısaldaraq 1 aya endirilib.

 

Son vaxtlar Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlar sürətlə artır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Əmlak Məsələləri Dövlət Komitəsi yayıb. Xəbərdə bildirilir ki, 2017-ci ilin ilk beş ayının nəticələri respublikanın əmlak bazarında güclü şəkildə canlanmanın olduğunu göstərir. Xüsusilə ilkin qeydiyyat, yəni əmlakların ilk dəfə sənədləşdirilməsində sürətli artımlar baş verib.

Aparılan statistik göstəricilərə əsasən 2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir. Cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub.

Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin