BDU-nun professoru, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, «Sosial Hüquqların Araşdırılması» İctimai Birliyinin sədri, hüquq elmləri doktoru

e-mail: [email protected]

Sosial yardımın alınması iki notmativ hüquqi aktla – «Ün­van­lı döv­lət sоsial yar­dımı haq­qın­da» 21 оkt­yabr 2005 –ci il ta­riх­li Azər­bay­can Rеs­pub­li­ka­sı­nın Qa­nu­nu­ və «Sоsial yar­dı­mın alın­ması üçün mü­raciət еdil­məsi, оnun tə­yin оlun­ması, vе­ril­məsi və vе­ril­mə­sin­dən im­tina еdil­məsi qay­da­ları haqqında» Azər­bay­can Rеs­pub­li­kası Na­zir­lər Ka­bi­nе­ti­nin 5 fеv­ral 2016-cı il ta­riх­li 37 № li qə­rarı ilə tənzimlənir.

Sоsial yar­dım az­tə­mi­nat­lı ailəyə verilir. O, az­tə­mi­nat­lı ai­lə­lərə döv­lət tə­rə­fin­dən gös­tə­ri­lən pul yar­dımıdır.

Az­tə­mi­nat­lı ailə dedikdə оrta ay­lıq gə­lir­ləri hər bir ailə üzvü üçün еh­ti­yac mе­ya­rı­nın məc­mu­sun­dan, yəni 116 manatdan aşaьı оlan ailə baça düşülür.

Еh­ti­yac mе­ya­rı əha­li­nin əsas sоsial-dе­mоq­ra­fik qrup­ları üzrə ya­şa­yış mi­ni­mu­mun­dan asılı оla­raq, ün­van­lı döv­lət sоsial yar­dı­mı­nın tə­yin еdil­məsi məq­sə­dilə döv­lət büd­cəsi ilə bir­gə hər il üçün təs­diq оlu­nan həddir ( 2017- ci il üçün 117 manat təsdiq edilmişdir). Ai­lə­nin оrta ay­lıq gə­liri—ai­lə­nin gə­li­ri­nin оrta ay­lıq gös­tə­ri­ci­si­dir. Ailənin gəlirlərinə (ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətind aiddir:

– bütün növ gəlirlər

– ailə üzvlərinə bağışlanmış hədiyyələr

– mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlər

– Azərbaycan Respublikasının ərazisində, onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği

Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir.

Ailə üzvlərinin gəlirlərinin bölgüsü:

Muzdlu işlə əlaqədar gəlirlər

əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar, qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);
istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;
işəgötürən tərəfindən ödənilən müavinətlər.
Muzdlu işlə əlaqədar olmayan gəlirlər:

Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər (əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir)

Cari transfertlər:

Bütün növ pensiyalar, sosial müavinətlər təqaüdlər, maddi yardımlar, qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, borc (o cümlədən kredit), həmçinin natural formada alınan sosial transfertlər

Digər gəlirlər:

Ailə üzvünün digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər onların digər gəlirləri hesab olunur.

Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:

YM (30%+11.7%+6.1%)+R+RM

Burada:

YM – yaşayış minimumunun ölkə üzrə məbləği, yəni 155 manat;

R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği;

Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır;

Ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:

vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;
təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);
ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət);
ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.

Sоsial yar­dı­mın tə­yin оlun­ması və vе­ril­məsi qay­dası

1.Bir nəfər həmin aztəminatlı ailəni təmsil etmək üçün seçilir. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs olmalıdır. (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs ola bilər). Aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər:

ailə üzvünün əmək qabiliyyətini itirməsi;
əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;
ailə üzvünün vəfat etməsi;
ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
ailə üzvünün azadlıqdan məhrum edilməsi;
ailə üzvünün olduğu yerin məlum olmaması.
Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:

tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
axtarışda olan şəxslər;
Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Həmin şəxs yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayış almalıdır.
Həmin şəxs ailə tərkibi haqqında arayışla notariat orqanına müraciət edir və notariat orqanı sosial yardım almaq üçün ərizəni təsdiq edir.

Ailəni təmsil edən şəxs, yəni təmsilçi müraciəti elektron formada edir. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

şəxsiyyəti təsdiq edən sənəd;
təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə);
ərizə-bəyannamə.
Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) göndərir.
Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına, Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən bu barədə məlumat göndərilir və ya bildirilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.
Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu;

Azərbaycan Respublikasının Mərkəzi Bankı;

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası;

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;

yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.

Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.

VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə Qaydalarda göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür.VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilir. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir.

Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;

ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

Məbləği: Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində

Müddəti: Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur.

Sosial yardımın verilməsi

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.

Sosial yardımın verilməsinin dayandırılması

Sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə), sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 5 (beş) iş günü müddətində məlumat verməlidir.

Təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Sosial yardımın ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmaması üzrlü səbəbdən baş verdikdə, verilmə dayandırıldığı aydan bərpa edilir.Sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı aydan dayandırılır.

Təmsilçinin (qəyyum, himayəçi, patron(köməkçi) istisna olmaqla) və ya digər ailə üzvünün ailənin orta aylıq gəlirinin 12 (on iki) mislindən çox məbləğdə lotereya uduşu qazanması və ya ailəyə hədiyyə bağışlanması, işsiz ailə üzvünün işlə təmin olunması və s. səbəblərdən ailənin gəlirində dəyişiklik baş verməsi ilə əlaqədar həmin ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılır.

Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.

Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.